Ötən mövsümün qalibləri mükafatlarına qovuşur
10 oktyabr 2012 16:38 (UTC +04:00)

Ötən mövsümün qalibləri mükafatlarına qovuşur

0
Oktyabrın 10-da 2011/2012-ci il mövsümündə Unibank Premyer Liqası qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək. Lent.az-ın məlumatına görə, Peşəkar Futbol Liqası tərəfindən təşkil olunan tədbirdə ötən mövsümün çempionu “Neftçi”, vitse-çempion “Xəzər Lənkəran” və bürünc mükafatçı “İnter”ə Fransanın məşhur “Artua-Bertran” şirkəti tərəfindən hazırlanmış medallar təqdim olunacaq.

Bundan başqa İdman Araşdırmaları Mərkəzi tərəfindən aparılmış sorğuya əsasən ötən mövsümün ən yaxşıları nominasiyalarında qalib gəlmiş futbolçular və baş məşqçiyə Peşəkar Futbol Liqasının mükafatları təqdim ediləcək. Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq tədbir saat 18:00-da başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 763

Oxşar yazılar