Messi növbəti rekordun bir addımlığında
09 oktyabr 2012 13:38 (UTC +04:00)

Messi növbəti rekordun bir addımlığında

0
Yaxın vaxtlarda İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi “El Klassiko” tarixinin ən yaxşı bombardirinə çevrilə bilər. Lent.az-ın məlumatına görə, “Real Madrid”lə qarşılaşmalarda snayperlər siyahısına hazırda Alfredo Di Stefano başçılıq edir.

Əfsanəvi argentinalı 1950 – 1960-cı illərdə kataloniyalıların qapısına 18 qol vurub. Ötən həftəsonu keçirilmiş derbidə isə Messi “dubl” edərək, “El Klassiko”dakı qollarını 17-yə çatdırıb. Bununla da Leo 15 dəfə fərqlənmiş Raulu üstələyib. Bundan başqa Messi “Nou Kamp”da çempionat çərçivəsində 100-cü qolunu vurub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1403

Oxşar yazılar