Topaz Premyer Liqasında FİFA referisinin səhvi aşkarlandı
Futbol üzrə Topaz Premyer Liqasında daha bir hakim səhvi aşkarlanıb. Lent.az-ın məlumatına görə, AFFA İntizam Komitəsi VIII turda “Kəpəz”lə matçın 66-cı dəqiqəsində “Qarabağ” klubunun və Azərbaycan milli komandasının hücumçusu Rauf Əliyevə göstərilmiş sarı vərəqənin yanlış olduğu qənaətinə gəlib.
Həmin oyunun baş hakimi Elçin Məmmədov futbolçunun simulyasiya etdiyini səbəb göstərib. Lakin matçın videoyazısını izlədikdə hakimin epizodu düzgün qiymətləndirmədiyi aşkarlanıb. Bu səbəbdən, Əliyevə göstərilən sarı vərəqə ləğv edilib. Bu oyunda 4 futbolçusu sarı vərəqə alan “Kəpəz” 1000 manat ziyana düşüb.
Əvəzində İntizam Komitəsi “Qəbələ”nin oyunçusu Rövşən Əmiraslanovu növbəti qarşılaşmadan kənarlaşdırıb. Əmiraslanov “Bakı” ilə görüşün 43-cü dəqiqəsində kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. O, 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb. “Bakı” isə 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 1000 manat cərimələnib. Eyni səbəbdən, “Xəzər Lənkəran” bu qədər ziyana düşüb.
Qeyd edək ki, Elçin Məmmədov futzal üzrə FİFA referisidir.

Oxşar yazılar

Yamaldan futbol tarixinin ən böyük oyunçusu ilə bağlı QƏTİ QƏRAR
11 iyul 2025 , 15:31
Con Terri futbol izləməyi dayandırıb, darıxdırıcı olduğu üçün
11 iyul 2025 , 12:21
Haaland tətilini sevgilisi ilə İbizada keçirir: yaxtada gəzirlər
11 iyul 2025 , 09:39
"Fənərbaxça" italyanları rədd etdi
11 iyul 2025 , 01:27
"Sabah" öz meydanında UDUZDU
10 iyul 2025 , 22:35
Aleksis Sançes rus modeli ilə görüşür: 25 yaşı var, İtaliyada tanış olublar
10 iyul 2025 , 19:20
“Real”ın oyunçusundan 21-ci əsrdə rekord
10 iyul 2025 , 18:40