İlqar Qurbanovla Rəşad Sadıqovun sabiq baş məşqçisi istefa verdi
09 oktyabr 2012 12:15 (UTC +04:00)

İlqar Qurbanovla Rəşad Sadıqovun sabiq baş məşqçisi istefa verdi

0
Türkiyənin “Elazığspor” futbol klubunun baş məşqçisi Bülent Uyqun tutduğu vəzifədən istefa verib. Lent.az-ın məlumatına görə, Uyqun istefasına səbəb kimi klubdakı maddi problemlərin nəticələrə təsirsiz ötüşməməsini göstərib.

41 yaşlı mütəxəssis ötən mövsüm “Elazığspor”la I Liqanın qalibi olaraq, Superliqaya vəsiqə qazanıb. Lakin yüksək liqada komandanın işləri heç də yaxşı getmir. 7 turdan sonra cəmi 3 xala malik “Elazığspor” 18 komanda arasında sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, Bülent Uyqun vaxtilə Azərbaycan yığmasının futbolçularından İlqar Qurbanovun “Sivasspor”da, Rəşad Sadıqovun “Eskişehirspor”da baş məşqçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 913

Oxşar yazılar