Aziz Yıldırıma qarşı şok ittiham
09 oktyabr 2012 11:18 (UTC +04:00)

Aziz Yıldırıma qarşı şok ittiham

Lent.az-ın məlumatına görə, Baransu Yıldırımı saxta “əsgərliyə yararsız” raportu almaq üçün öz yerinə qardaşı oğlunu hərbi tibb komissiyası qarşısına çıxarmaqda ittiham edib.

İstanbul Baş Prokurorluğuna müraciət edən qəzetçi olayın 1983-cü ildə baş verdiyini yazıb. İddianaməyə əsasən, həmin vaxt Yıldırım İzmir Hərbi Komissarlığına öz yerinə qardaşı oğlu Osman Yalçını göndərib. Yalçın özünü Aziz Yıldırım kimi təqdim edib. O, 4 yaşında ikən yıxıldığını və sağ ayağının 6 sm qısaldığını bildirib. Nəticədə 31 oktyabr 1983-cü ildə Aziz Yıldırıma “əsgərliyə yararsız” kimi saxta sənəd verilib.

Baransu bildirib ki, Yıldırım bu sənədi alarkən, səlahiyyətli şəxslərə rüşvət də verib. O, klub prezidentinə qarşı “rüşvət” və “hərbi xidmətdən yayınma” maddələri ilə cinayət işinin açılmasını və lazımi cəza almasını tələb edib.

Qeyd edək ki, Aziz Yıldırım Türkiyə futbolundakı danışılmış oyunlarla əlaqədar 2011-ci il iyulun 3-də həbs olunub. O, 6 ayadək həbsxanada qaldıqdan sonra azadlığa buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1796

Oxşar yazılar