“Xəzər Lənkəran” medallarını almağa toplaşır
08 oktyabr 2012 16:06 (UTC +04:00)

“Xəzər Lənkəran” medallarını almağa toplaşır

5 günlük istirahətdən sonra "Xəzər Lənkəran" futbol komandası yenidən Bakıda toplaşır. Lent.az-ın məlumatına görə, qarşıdakı iki gün ərzində cənub təmsilçisi “Happy İnn” otelində məskunlaşaraq Respublika Dövlət Yol Polisinin stadionunda məşq keçəcək.

Komandanın bu günlər Bakıda olması oktyabrın 10-da keçiriləcək Premyer Liqanın 2011/2012-ci il mövsümü qaliblərinin mükafatlandırma mərasimində iştirakla bağlıdır. Ötən mövsümün gümüş mükafatçısı olan “Xəzər Lənkəran” tədbirin ertəsi günü Lənkərana yollanacaq və növbəti tur oyununa uzun fasilədən sonra doğma məkanda hazırlıq keçəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 748

Oxşar yazılar