(R) Reklam müəmması və ya 15.10.12 tarixində nə olacaq
08 oktyabr 2012 14:44 (UTC +04:00)

(R) Reklam müəmması və ya 15.10.12 tarixində nə olacaq

Neçə vaxtdır Bakının küçələrini insanlardan “15.10.12 tarixinə hazırsan?” soruşan bilbordlar bəzəyir. Sualı bilbordlarda görünən 15, 10 və 12 nömrəli “Mançester Yunayted” klubunun futbolçuları verir sanki. Hamı bu müəmmanın nə olduğunu düşünür. Hələ ki, dəqiq informasiya əldə etmək mümkün olmayıb. Ümid həmin tarixdə nə baş verəcəyini gözləməyə qalır.

Amma həmin tarixi gözləməyə insanların səbri çatmır. Sosial şəbəkələrin, dost söhbətlərinin, xüsusilə futbol azarkeşlərinin əsas mövzusu bu tarix olub. Şayiələrin sayı-hesabı yoxdur. Bəziləri düşünür ki, söhbət Runi, Vidiç və Smollinqin Bakıya gəlişindən gedir. Amma hazırda dünya çempionatının seçmə mərhələsi gedir. Onlar Bakıya necə gələ bilərlər? Buna görə də, ulduz futbolçuların Bakıya gəlişini şayiə sayanların sayı daha çoxdur. Digər versiyalar da var. Amma onlar da həqiqətə bənzəmir.

Bu şayiələrin ən inandırıcısı yığmaya dəvət almamış bəzi ingilis ulduz futbolçuların Bakıya gəlməsidir. Əlbəttə, bu versiya ciddi maraq doğurur. Bəs bu qədər məşhur qonağın paytaxtımıza təşrif buyurması nə ilə əlaqədardır? Belə məlumat yayılıb ki, 1966-cı ildə dünya çempionatının finalında ingilislərin qələbəsində müstəsna rol oynamış əfsanəvi Tofiq Bəhramov haqqında filmin çəkilişlərinə başlanılıb. İngiltərədən gələn qonaqlar ingilis futbolçu və məşqçilərinin rollarını oynayacaq aktyorlara kömək edəcəklər. Bununla bağlı ulduz futbolçuların iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsi də nəzərdə tutulur.

İngilis futbol ulduzlarının ingilis futbolunun triumfunda xüsusi rolu olan Bəhramov şəxsiyyətinə ehtiram əlaməti olaraq onun haqqında çəkilən filmdə iştirak etmələri daha ağlabatandır. Belə məlum olur ki, şayiə pərdəsi altında sadə bir həqiqət gizlənir və bu həqiqət yaxın vaxtlarda üzə çıxacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1994

Oxşar yazılar