Biri gələr, biri gedər...
0
0
Rusiya yığması ilə oktyabrın 16-da 2014-cü il dünya çempionatının seçmə qrup matçına çıxacaq Azərbaycan milli komandasının düşərgəsinə yeni futbolçu cəlb olunub. Lent.az-ın məlumatına görə, bu, Almaniyanın “Preussen Munster” klubunun oyunçusu Dmitri Nazarovdur.
Nazarov hazırda təlim-məşq toplantısında olan yığmamızın heyətində baxışdadır. Əvəzində Mahir Şükürov millinin düşərgəsindən 1 günlük ayrılıb. “Neftçi”nin futbolçusu oktyabrın 8-də “Turan”la Topaz Premyer Liqasının VIII tur matçında iştirak edəcək. Şükürov sabah yığmanın düşərgəsinə qayıdacaq.
Qeyd edək ki, Moksvadakı “Lujniki” stadionunda keçiriləcək Rusiya – Azərbaycan matçı saat 20:00-da başlanacaq.