"Azərbaycan-2012": Bütün yarımfinalçılar müəyyənləşdi
05 oktyabr 2012 23:04 (UTC +04:00)

"Azərbaycan-2012": Bütün yarımfinalçılar müəyyənləşdi

Azərbaycanda 17 yaşadək futbolçu qızlar arasında keçirilən dünya çempionatında son yarımfinalçı müəyyənləşib. Lent.az-ın məlumatına görə, bu, Qana milli komandasıdır.

Afrikalılar 1/4 finalda Yaponiyanı minimal hesabla yenib – 1:0. Bakıdakı 8-ci km stadionunda baş tutmuş qarşılaşmada yeganə topu 53-cü dəqiqədə Şerifatu Sumaila vurub.

Qeyd edək ki, yarımfinalda Qananın rəqibi Fransa millisi olacaq. Oktyabrın 9-da elə 8-ci km stadionunda keçiriləcək matç saat 20:00-da başlanacaq. Həmin gün saat 17:00-da eyni arenada başlanacaq digər yarımfinal görüşündə isə Almaniya və KXDR yığmaları üz-üzə gələcəklər.


5 oktyabr


Dünya çempionatı, 1/4 final


Yaponiya - Qana - 0:1

Qol: Şerifatu Sumaila, 53

Hakimlər: Kateryna Monzul (Ukrayna), Ourania Foskolou, Panagiota Koutsoumpou (hər ikisi - Yunanıstan), Karolina Radzik-Johan (Polşa), Judit Kulcsar (Macarıstan)
Bakı. 8 KM stadionu.

Almaniya - Braziliya - 2:1
Qollar: Cenifer, 13 (0:1), Daebritz, 31 (1:1), Rebekka Knaak, 90+1 (2:1)
Hakimlər: Alondra Arellano (Meksika), Shirley Perello, Mady Santos (hər ikisi - Honduras), Finau Vulivuli (Fici), Chie Ohata (Yaponiya)
Bakı. 8 KM stadionu.


4 oktyabr


Nigeriya - Fransa - 0:0 (Penaltilər seriyası - 3:5)

Hakimlər: Hyang Ok Ri, Kum Nyo Hong (hər ikisi - Koreya XDR), Lingling Zhang (Çin), Gillian Martindale (Barbados), Suzanne Morisset (Kanada)

Bakı. «8 KM» stadionu.

Şimali Koreya - Kanada - 2:1

Qollar: Ri Um Sim, 78 (1:0), 87 (2:0), Nişelle Prins, 90+1 (2:1)

Hakimlər: Morag Pirie (Şotlandiya), Nicolet Bakker (Hollandi - 0ya), Judit Romano (İspaniya), Aissata Amegee (Toqo), Jacqueline Stephenson (Yeni Zelandiya)

Bakı. «8 KM» stadionu.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1730

Oxşar yazılar