Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası jurnalistləri mükafatlandırdı
Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AİPS) “Gənc reportyorlar” proqramının iştirakçıları ilə Milli Olimpiya Komitəsində (MOK) görüş keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un vitse-prezidenti Xəzər İsayev, baş katib Ağacan Abiyev və AİPS-in prezidenti Canni Merlo proqramın əhəmiyyətindən danışıblar.
C.Merlo tədbirin yüksək səviyyədə təşkili üçün yaradılan hərtərəfli şəraitə görə Azərbaycanın idman qurumlarına təşəkkürünü bildirib. X.İsayev isə “inanıram ki, bu tədbirdən sonra Azərbaycan jurnalistlərinin dünyaya yolu açılacaq” deyib.
Ardından MOK və AİPS rəsmiləri Afrika, Asiya, Amerika, Okeaniya və Avropadan 19-25 yaşlar arasında gənc jurnalistlərdən seçilmiş 20-dək əcnəbi və 10 yerli idman jurnalistini təbrik ediblər. Jurnalistlərə AİPS, MOK, Gənclər və İdman Nazirliyi adından sertifikatlar təqdim olunub. Sonda proqram iştirakçıları xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, mükafatlandırılanlar arasında Lent.az-ın idman müxbiri Elşən Məmmədov da var.

Oxşar yazılar

Futbolçuluqdan məşqçiliyə: “Yuventus”un əfsanəsi lisenziya aldı
21 may 2025 , 17:25
"Arsenal"ın və "Barselona"nın keçmiş futbolçusu klubsuz qalacaq
21 may 2025 , 14:51
Qvardiola yalnız bu halda "Mançester Siti"dən gedəcək
21 may 2025 , 12:06
“Real”ın ulduzu “Çelsi”yə keçə bilər
21 may 2025 , 09:37
“Barselona” prezidenti Haalandı transfer şanslarından DANIŞDI
20 may 2025 , 19:20
"Liverpul"un və "Bavariya"nın keçmiş futbolçusu karyerasını bitirir
20 may 2025 , 18:12
Everest qalmaqalı: Zirvəni fəth edən ilk azərbaycanlı qadın kimdir?
20 may 2025 , 16:46