Daha 2 futbolçu Azərbaycan yığmasından kənarlaşdırıldı
05 oktyabr 2012 17:41 (UTC +04:00)

Daha 2 futbolçu Azərbaycan yığmasından kənarlaşdırıldı

0
Lent.az-ın məlumatına görə, bunlar “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov və “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyevdir. Hər iki oyunçu zədəli olduqlarından, yığmanın düşərgəsini tərk edib.


Qeyd edək ki, 2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da Moskva şəhərindəki Lujniki stadionunda keçiriləcək Rusiya - Azərbaycan oyununa hazırlıq məqsədilə bu gün Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb. Bakıda baş tutan hazırlıq prosesi oktyabrın 13-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1411

Oxşar yazılar