Avropa çempionatının püşkü atılır
0
0
Voleybolçu qadınlar arasında 2013-cü il Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi oktyabrın 6-da İsveçrənin Sürix şəhərində keçiriləcək. Lent.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 13:30-da başlanacaq tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşəcək.
Püşkatma mərasimində ölkəmizi Azərbaycan Voleybol Federasiyasının rəsmisi Mixail Frişman təmsil edəcək.
Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdə Finlandiya, Belarus və Avstriyanı iki dəfə 3:0 hesabı ilə yenib. Beləliklə, baş məşqçi Faiq Qarayevin komandası 6 görüşdən 6 qələbə ilə ardıcı 5-ci dəfə qitə birinciliyinin final mərhələsinə yüksəlib. Bu il Almaniya və İsveçrədə təşkil olunacaq çempionata Almaniya, İsveçrə, Serbiya, Türkiyə, İtaliya, Polşa, Rusiya, Azərbaycan, Belçika, Bolqarıstan, Xorvatiya, Hollandiya, İspaniya, eləcə də Slovakiya – Ukrayna, Belarus – Rumıniya və Fransa - Çexiya görüşlərinin qalibləri qatılacaq.