Mövsümdə ilk dəfə
0
0
Adrian Skarlatake 2012/2013-cü il mövsümündə “Xəzər Lənkəran”ın heyətində dubla imza atan ilk futbolçu olub. Lent.az-ın məlumatına görə, rumıniyalı legioner Topaz Premyer Liqasının VIII turunun AZAL-la qarşılaşmasında 5 dəqiqəyə 2 qol vurub. Onadək mövsümün 4 avrokubok və 6 çempionat matçında 1 oyuna 2 dəfə rəqibi məyus edən futbolçu olmayıb. “Ağ-yaşıllar”ın heyətində bunu bacaran son futbolçu Eder Bonfim ötən mövsümün “Qarabağ”la keçirilən XXXII turunun matçında fərqlənib. O, 145 gün əvvəl mayın 11-də Lənkəran şəhər stadionunda 2 qolun müəllifi olub.
2012-ci ildə cənub komandasının 2-ci, 2012/2013-cü il mövsümündə 1-ci dublunun müəllifi olan Skarlatake mövsümdə vurduğu qolların sayını 4-ə çatdırıb. Bununla da o, Branimir Subaşiçlə “ağ-yaşıllar”ın şərikli bombardiri olub.
“Xəzər Lənkəran” ın 8 illik tarixində 62-ci dublun müəllifi olan Skarlatake özü üçün ilkə imza atıb. O, komandada dubl edən 33-cü futbolçu kimi tarixə düşüb. Bu 62 dubldan 41-i Premyer Liqada, 18-i ölkə kuboku, 3-ü isə Birlik kubokunda qeydə alınıb. Skarlatake ilə bağlı daha bir məqam isə onun 2 qolu 4 dəqiqə intervalında, yəni 5 dəqiqəyə vurmasıdır. Bu isə “Xəzər Lənkəran” tarixində dəfələrlə rast gəlinən hadisədir.
Eyni futbolçunun 1 matçda 5 və ya daha az dəqiqəyə 2 qol vurmasına ilk dəfə komandanın debüt mövsümündə təsadüf olunub. Həmin vaxt – 2004/2005-ci mövsümündə “Ədliyyə” ilə matçda Oqtay Dərəlioğlu vurduğu 3 qoldan 2-ni 73 və 76-cı dəqiqələrdə, yəni 4 dəqiqəyə rəqib qapısından keçirib. Sonunxu belə oyunçu isə İvan Svetkov olub. Bolqarıstanlı legioner 2008/2009-cu il mövsümünün I dövrəsində əvvəlcə “Turan”la görüşün 84 və 87-ci dəqiqələrindəki qolları ilə dubl edib. Sonra isə MOİK-lə poker etdiyi qarşılaşmada 2 qolu 5 dəqiqədə (30-cu və 34-cü) vurub.