“Rabitə” uduzdu, “Azərreyl” uddu
0
0
Azərbaycanın voleybolçu qadınlardan ibarət “Rabitə” və “Azərreyl” klubları Türkiyənin İstanbul şəhərində ayrı-ayrı beynəlxalq turnirlərdə çıxış edir. Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Rabitə” “Eczacıbaşı Vitra” adlı turnirdə Rusiyanın “Dinamo” (Moskva) komandası ilə üz-üzə gəlib.
Görüş “Dinamo”nun qələbəsi ilə yekunlaşıb – 3:2 (30:28, 25:21, 21:25, 23:25, 15:11). Digər matçda “Eczaıbaşı Vitra” və “Ankara TED Kolleci”ni yenib – 3:0 (25-23, 25-14, 25-16). Oktyabrın 5-də “Rabitə” “Ankara TED Kolleci” ilə, “Eczacıbaşı Vitra” isə “Dinamo” ilə qarşılaşacaq.
“Değer Eraybar” turnirində isə “Azərreyl” əvvəlcə yerli “Bakırköy Bld. Yeşilyurt”u 3:2, ardından Rumıniyanın “CVM Tomis Constanta” komandasını 3:0 hesabı ilə məğlub edib. Ötən günün digər matçında “Qalatasaray” “Bakırköy Bld. Yeşilyurt”a uduzub – 0:3. Bu gün “Bakırköy Bld. Yeşilyurt” – “CVM Tomis Constanta”, “Qalatasaray” – “Azərreyl” görüşləri keçiriləcək.