Aleks Braziliyaya qayıdır
0
0
Braziliyalı futbolçu Aleks de Souza Türkiyənin “Fənərbağça” klubu ilə yollarını ayırdıqdan sonra vətəninə qayıdıb. Lent.az-ın məlumatına görə, 35 yaşlı hücumçu yenidən Braziliya “Palmeyras”ında çıxış edə bilər. Artıq tərəflər arasında ilkin danışıqlar da olub. “Palmeyras”ın baş məşqçisi Sezar Sampayo deyib: “Alekslə danışdım. “Palmeyras”ın Aleksə, Aleksin isə “Palmeyras”a olan marağını hamı bilir. Onun özünün də burada gözəl xatirələri var. Türkiyədə 8 il yaşasa da, artıq ailəsi ilə birgə qərar verməli və gələcəyini istiqamətləndirməlidir”.
Baş məşqçinin sözlərinə görə, təcrübəli futbolçu yaxın 2 həftə ərzində Braziliyaya qayıdacaq. Alekslə Braziliyanın “Kruzeyru”, “Santos” və “Koritiba” komandaları da maraqlanır. Lakin Sampayo bu məsələni “Palmeyras”ın xeyrinə çözəcəklərinə inam ifadə edib.
Qeyd edək ki, Aleks de Souza 1997 – 2002-ci illərdə “Palmeyras”da çıxış edib. Amma o, “Fənərbağça”ya 2004-cü ildə “Kruzeyru”dan gəlib.