“Kamran Ağayevin düşünmək üçün 2 ayadək vaxtı olub” – MÜSAHİBƏ
0
0
“Xəzər Lənkəran” futbol klubunun vitse-prezidenti Tuyqun Nadirovun Lent.az-a müsahibəsi
- Klubunuzun prezidenti Mais Mənsimov Lent.az-a açıqlamasında fəxri prezident Mübariz Məmsimovdan AFFA prezidenti Rövnəq Abdullayevin Kamran Ağayevlə bağlı xahişinə müsbət reaksiya verdiyini söyləyib. Ağayevi nə zaman komandanızın əsas heyətində görəcəyik?
- AFFA prezidenti Kamran Ağayevlə bağlı Mübariz müəllimə müraciət edib. Ağayevin milli komandadakı durumunu nəzərə alıb onun klubumuzda əsas heyətə cəlb olunmasını xahiş edib. Artıq Mais müəllim saytınıza bu barədə açıqlama verib. O, etiraz etməyib və müraciəti müsbət dəyərləndirib. Əlbəttə, baş məşqçimiz də etiraz etməsə, Ağayev əsas komandaya qatılacaq. Amma çıxış edib-etməyəcəyini deyə bilmərəm. Bildiyiniz kimi, gənc qapıçımız Orxan Sadıqlı da 21 yaşlılardan ibarət Azərbaycan yığmasının üzvüdür. Hansı qapıçını start heyətində oynadıb-oynatmayacağına baş məşqçimiz qərar verəcək.
- Amma Ağayev “Xəzər Lənkəran” rəhbərliyini ona yüksək məbləğdə qiymət qoyaraq, başqa komandaya buraxmamaqda ittiham edir...
- Mən bilmirəm, söhbət hansı yüksək məbləğdən gedir. Ona qoyulan qiymət yüksək məbləğ deyildi. Kamran Ağayevin 2 ayadək vaxtı olub ki, bu məsələlər haqqında geniş düşünsün.
- Nizam-intizamdan söhbət düşmüşkən, AZAL-la son oyununuz zamanı məşqçiniz Emin Quliyevlə futbolçunuz Eder Bonfim arasında münaqişənin baş verdiyinə dair xəbərlər var...
- Emin Quliyev nizam-intizama cavabdeh şəxsdir. Onun heç bir futbolçu ilə konflikti ola bilməz. Yalnız hansısa futbolçu çaşarsa, onu başa salır. Qaldı ki, Quliyevin Bonfimlə heç bir münaqişəsi olmayıb.
- “Xəzər Lənkəran” ardıcıl 3 məğlubiyyətdən sonra liderlər qrupundakı AZAL-ı yendi. Bu qələbədə hansı amillərin rolu oldu?
- Bu qələbə göstərdi ki, son məğlubiyyətlər və komandanın turnir cədvəlində axırıncı pilləyə enməsi müəyyən səbəblər nəticəsində baş verib. Bura komandada nizam-intizamın aşağı səviyyədə olması, habelə kənar amil kimi hakimlərin qərəzli yox, yanlış qərarları aiddir. Ümumilikdə götürdükdə isə komandamızın 12-ci pillədə olması təsadüfi idi. Hazırkı heyəti və potensialı baxımından, “Xəzər Lənkəran” daha güclü və 7 tur ərzində heç kimin yenə bilmədiyi AZAL-ı hətta səfərdə məğlub etmək iqtidarında olduğunu göstərdi.
- Ardıcıl 3 məğlubiyyətdən sonra 3 köməkçi-məşqçini işdən çıxardınız. Bəs futbolçular barəsində hansı tədbir görmüsünüz?
- Söhbət təkcə Zaur Ramazanov, Alim Qurbanov və ya Zakir Mahmudovdan getmir. Son klubdaxili toplantıda bəzi futbolçularla da bağlı qərarlar qəbul etdik. Buna, sadəcə, ehtiyac görmədik. Çünki futbolçular haqqında götürdüyümüz ölçü onlarla rəhbərlik arasında qalır. İctimaiyyətə açıqlasaq, bu, oyunçulara psixoloji təsir edə bilər. Burada söhbət baş məşqçi köməkçilərinin fəaliyyətindəki boşluqlardan, intizamı pozan bəzi futbolçuların qarşısını almaqdan, transfer çalışmalarındakı problemlərdən gedir. Bunların hamısı ümumiləşdirildi və toplantıda qərar qəbul olundu ki, məşqçilər korpusunda dəyişikliklər edilsin. Əslində dəyişikliklərə bir müddət əvvəl başlamışdıq. İspaniya “Barselona”sı ilə bir müddət əməkdaşlıq etmiş Erik Roketa Kapillanı seleksiya üzrə məşqçi vəzifəsinə, ardından sabiq futbolçumuz Emin Quliyevi cəlb etmişdik. İndi isə transfer və digər məsələlərlə məşğul olacaq bir neçə mütəxəssis cəlb etmək zamanıdır.
- Ramazanovla Qurbanovun klubdan tam kənarlaşdırılmadıqları və başqa vəzifəyə təyin olunduqları bildirilir...
- Bu söz-söhbətlərin haradan qaynaqlandığını bilmirəm. Onu deyə bilərəm ki, toplantı keçirilib və qərar klub prezidenti tərəfindən təsdiqlənib. Artıq nə Ramazanov, nə Qurbanov, nə də Mahmudovun “Xəzər Lənkəran”la bağlılığı var. Vəssalam! Hər üçünə hörmətimiz var. Bir futbolçu kimi Ramazanov və Qurbanovun klubumuz tarixində böyük zəhmətləri olub. Münasibətlərimiz yenə davam edir. Amma rəsmi olaraq, heç bir fəaliyyətləri yoxdur, klubumuzda işləmirlər.
Elşən MƏMMƏDOV