Mənsimovdan Rövnəq Abdullayevin xahişinə reaksiya - EKSKLÜZİV
05 oktyabr 2012 12:13 (UTC +04:00)

Mənsimovdan Rövnəq Abdullayevin xahişinə reaksiya - EKSKLÜZİV

“Xəzər Lənkəran” klubunun prezidenti Mais Mənsimov qardaşı və klubun fəxri prezidenti Mübariz Mənsimovdan AFFA prezidenti Rövnəq Abdullayevin Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevlə bağlı xahişinə reaksiya verib. Mais Mənsimov Lent.az-a açıqlamasında Abdullayevin müraciətinə müsbət cavab verəcəklərini bildirib.

“Cavabımız müsbət olacaq” deyən klub prezidenti bu məsələnin baş məşqçi Yunis Hüseynovun da qərarına əsasən həllini tapacağını əlavə edib.

Qeyd edək ki, Kamran Ağayev Avropa Liqasının II təsnifat mərhələsində Polşa “Lex”i ilə cavab görüşündə “Xəzər Lənkəran”ın 0:1 hesablı məğlubiyyətindən sonra transferə çıxarılıb. Uzun müddətdir əsas heyətdən kənarda qalan Ağayev Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə qrup matçlarına çağırılır. Rövnəq Abdullayev qapıçının yığmada oyun təcrübəsi sarıdan çətinlik çəkdiyini nəzərə alaraq, “Xəzər Lənkəran”ın fəxri prezidentindən klubun heyətində də meydana çıxmasına köməklik göstərməsini xahiş edib.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3880

Oxşar yazılar