Siyəzəndəki “Beşbarmaq” fəth ediləcək
04 oktyabr 2012 19:46 (UTC +04:00)

Siyəzəndəki “Beşbarmaq” fəth ediləcək

0
Oktyabrın 6-da Siyəzən rayonunun “Beşbarmaq” massivində görkəmli Azərbaycan alpinisti Akif Rüstəmovun xatirəsinə həsr olunmuş Qayayadırmanma (təbii qayalara) üzrə açıq Kubok keçiriləcək. Lent.az-ın məlumatına görə, yarış Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı ilə baş tutacaq.

Turnirə ölkəmizin müxtəlif idman klubları, habelə Gürcüstan və Rusiyanın 40-dan artıq idmançısı qatılacaq. Marşrutların qurulmasında Rusiyadan dəvət olunmuş beynəlxalq dərəcəli idman ustaları iştirak edəcəklər.

Qeyd edək ki, açıq kubok iki gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1398

Oxşar yazılar