Avropa Liqası: “Neftçi” XXI əsrin oyununa çıxır
Lent.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi “Neftçi” Tofiq Bəhramov adına Respublika stadionunda İtaliyanın “İnter” klubu ilə üz-üzə gələcək.
Saat 21:00-da başlanacaq tarixi görüşü hollandiyalı referi Kevin Blom idarə edəcək. Ona həmyerliləri Berri Simons və Devi Qossens yan xətt, Bas van Dongen ehtiyat, Danni Desmond Makkeli və Tom van Sixem əlavə hakimlər qismində yardımçı olacaqlar. Hər iki komanda ilk turu 1 xalla başa vurub. “İnter” evdə Rusiya “Rubin”i ilə 2:2 hesablı heç-heçə ilə kifayətlənibsə, “Neftçi” Serbiyada “Partizan”a yenilməyib – 0:0.
Azərbaycan futbolunun flaqmanı tarixində ilk dəfə qitəmiqyaslı turnirlərdə qrup mərhələsində çıxış edir. Rəqib isə 2009-2010-cu il mövsümündə daha nüfuzlu yarış sayılan Çempionlar Liqasının qalibi olub. Amma son zamanlar “İnter” elə də yaxşı təsir bağışlamır. Ötən mövsümü 6-cı pillədə başa vurmuş “neradzurri” Avroliqaya çətinliklə vəsiqə qazanıb.
Üstəlik, baş məşqçi Andrea Stramaççioni Bakıya əsas heyətin əksər üzvlərini gətirməyib. O, qərarını “Neftçi”yə sayqısız yanaşmaları ilə yox, həftəsonu “Milan”la keçirəcəkləri İtaliya A seriyasını düşünmələri ilə izah edib. Flaqman isə hücum xəttində problemlər yaşaya bilər. Çünki uzun müddətdir zədəli olan Bahodir Nasimovdan əlavə, hücumameylli yarımmüdafiəçi Cavid İmamverdiyev də bugünkü matçı buraxacaq.
Bununla belə, baş məşqçi Böyükağa Hacıyev “İnter”lə matçı XXI əsrin oyunu adlandırıb və bildirib ki, bu qarşılaşma Azərbaycan futbolunun düzgün yolda olduğunu bir daha nümayiş etdirəcək. Futbolçu Mahir Şükürov isə rəqibə qalib gəlmək istədiklərini bildirib.
Qeyd edək ki, “Neftçi” Avropa kuboklarında sonuncu dəfə 1999-cu ildə ev oyununu məğlubiyyətlə başa vurub. Bu, Serbiyanın “Srvena Zvezda” komandası ilə matça təsadüf edib. Həmin vaxt flaqman 2:0 hesabı ilə irəlidə olmasına baxmayaraq, 4 dəqiqə ərzində 3 top buraxaraq uduzub – 2:3.
A qrupu
21:00. “Anji” (Rusiya) – “Yanq Boyz” (İsveçrə)
00:05. “Liverpul” (İngiltərə) – “Udineze” (İtaliya)
B qrupu
00:05. “Akademika” (Portuqaliya) – “Hapoel” (Təl-Əviv, İsrail)
00:05. “Atletiko” (İspaniya) – “Viktoriya” (Çexiya)
C qrupu
00:05. “Marsel” (Fransa) - AEL (Kipr)
00:05. “Borussiya” (Mönhenqladbax, Almaniya) – “Fənərbağça (Türkiyə)
D qrupu
00:05. “Brügge” (Belçika) – “Maritimu” (Portuqaliya)
00:05. “Nyukasl” (İngiltərə) – “Bordo” (Fransa)
E qrupu
00:05. “Molde” (Norveç) – “Ştutqart” (Almaniya)
00:05. Stəua (Rumıniə) - Kopenhagen (Daniə)
F qrupu
00:05. AİK (İsveç) – “Dnepr” (Ukrayna)
00:05. PSV (Hollandiya) – “Napoli” (İtaliya)
G qrupu
22:00. “Bazel” (İsveçrə) – “Genk” (Belçika)
22:00. “Videoton” (Macarıstan) – “Sportinq” (Portuqaliya)
H qrupu
21:00. “Rubin” (Rusiya) – “Partizan” (Serbiya)
21:00. “Neftçi” (AZƏRBAYCAN) – “İnter” (İtaliya)
İ qrupu
22:00. “Hapoel” (Kiryat-Şmona, İsrail) – “Lion” (Fransa)
22:00. “Sparta” (Praqa, Çexiya) – “Atletik” (İspaniya)
J qrupu
22:00. “Latsio” (İtaliya) – “Maribor” (Sloveniya)
22:00. “Panatinaikos” (Yunanıstan) – “Tottenhem” (İngiltərə)
K qrupu
22:00. “Metallist” (Ukrayna) – “Rapid” (Vyana, Avstriya)
22:00. “Rusenborq” (Norveç) – “Bayer” (Almaniya)
L qrupu
22:00. “Hannover” (Almaniya) – “Levante” (İspaniya)
22:00. “Helsinqborq” (İsveç) – “Tvente” (Hollandiya)
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

1290