Qonşu ölkədən “Bakı”nın futbolçusuna növbəti dəvət
04 oktyabr 2012 12:44 (UTC +04:00)

Qonşu ölkədən “Bakı”nın futbolçusuna növbəti dəvət

0
Futbol üzrə Gürcüstan milli komandasının baş məşqçisi Temuri Ketsbaya Finlandiya və Belarusla səfərdə keçirəcəkləri 2014-cü il dünya çempionatının seçmə qrup matçları üçün heyəti açıqlayıb. Lent.az-ın məlumatına görə, 24 dəvətli arasında Azərbaycanda çıxış edən futbolçu da var.

Bu, “Bakı” klubunun müdafiəçisi Georgi Popxadzedir. Popxadze Gürcüstan millisinin Belarus və İspaniya ilə ötən ay keçirdiyi seçmə matçlara da dəvət alıb. Lakin o, meydana buraxılmayıb. Digər klublarımızda, xüsusən, Bakı “İnter”ində çıxış edən gürcüstanlı futbolçulara isə yenə dəvət göndərilməyib.

Qeyd edək ki, Gürcüstan millisi oktyabrın 12-də Finlandiya, okyabrın 16-da Belarusun qonağı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1101

Oxşar yazılar