Topaz Premyer Liqası: “Xəzər Lənkəran” qurtuldu
0
0
Lent.az-ın məlumatına görə, açılış matçında AZAL doğma meydanda “Xəzər Lənkəran”a 0:2 hesabı ilə uduzub.
Hər iki qolu rumıniyalı müdafiəçi Manuel Skarlatake vurub. Bu, baş məşqçi Vaqif Sadıqovun komandasının mövsümdə ilk məğlubiyyəti olub. Lənkəran təmsilçisi isə ardıcıl 3 məğlubiyyətdən sonra qələbəyə nail olub. Bu nəticədən sonra baş məşqçi Yunis Hüseynovun komandası sonuncu pillədən qurtulub. Hazırda “Xəzər Lənkəran” 7 oyundan 8 xalla 6-cı pillədə qərarlaşıb. AZAL isə 7 oyundan 12 xalla 2-ci pillədə qalıb.
3 oktyabr (çərşənbə)
AZAL (Bakı) – “Xəzər Lənkəran” – 0:2
Qollar: Manuel Skarlatake, 41; 45
Yunis Hüseynov (“Xəzər Lənkəran”ın baş məşqçisi: “AZAL-la oyunun çətin olacağını bilirdik. Ardıcıl məğlubiiyətdən sonra qalib gəlmək istəyirdik. AZAL bu mövsümə yaxşı başlayıb. Komanda ötənilki ilə müqayisədə daha yaxşı oyun göstərir. Turnir cədvəlinin liderlərindən biridir. Son oyunlarımızı nəzərə alsaq əhvalımız o qədər də yaxşı deyildi. Bugünkü oyunda komanda sona qədər mübarizə apardı, qələbə qazandıq. Bu qələbənin komandadakı ab-havanı yüksəldəcəyinə inanıram, ardı gələcək. AZAL-a gələcək oyunlarda uğurlar arzulayıram”.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Oyuna ciddi hazırlaşmışdıq, qələbə qazanmaq əzmində idik. Oyun boyu komandamız üstün oynasa da, ustalıq səviyyəsində “Xəzər Lənkəran”a uduzduq. Komandanın bugünkü oyunu düz yolda olduğumuza inamı artırır”.
4 oktyabr (cümə axşamı)
16:00. “Kəpəz” (Gəncə) – “Qarabağ” (Ağdam)
Hakimlər: Məmmədov Elçin, Ramazanov Rahil, Əliyev Nahid, Məmmədov İnqilab
Gəncə şəhər stadionu
18:00. “Simurq” (Zaqatala) – “Sumqayıt”
Hakimlər: Cabbarov Rauf, Əsədov Ramiz, Əliyev İsgəndər, Əhmədov Tahir
Zaqatala şəhər stadionu
16:00. “Bakı” – “Qəbələ”
Hakimlər: Salmanov Anar, Abbasov Yaşar, Haşımov Mübariz, Fərhadov Teymur
“Bakı” klubunun təlim-məşq bazasının stadionu
19:00. “Rəvan” (Bakı) – “İnter” (Bakı)
Hakimlər: Həsənov Rəhim, Abdullayev Munis, Əmiraslanov Knyaz, Feyzullayev Feyzulla
Bakı. “Bayıl Arena”.