“İnter”in baş məşqçisi: “Neftçi”yə hörmətlə yanaşmaq lazımdır” – MÜSAHİBƏ
03 oktyabr 2012 19:53 (UTC +04:00)

“İnter”in baş məşqçisi: “Neftçi”yə hörmətlə yanaşmaq lazımdır” – MÜSAHİBƏ

Lent.az-ın məlumatına görə, gənc mütəxəssis jurnalistlərin suallarını cavablandırmağa kifayət qədər vaxt ayırıb…

- Oyun barədə nə deyə bilərsiniz?

- Bizi vacib və ciddi oyun gözləyir. “Neftçi”nin heyətində Culius Vobay, Flavinyo, İmamverdiyev kimi güclü oyunçular var. Bu oyuna Əlbəttə, nümayəndələrimizə “Neftçi” haqda daha çox informasiya toplamağı xahiş elədim. İndi “Neftçi” dəyişib. 4 futbolçu – Flavinyo, Nikolas Kanales, Cavid İmamverdiyev və Culius Vobay bizə başağrı ola bilər. Bu səbəbdən, oyuna ciddi yanaşırıq. “Neftçi” bizim üçün ciddi rəqibdir”.

- “Neftçi”ni ciddi rəqib sayırsınızsa, aparıcı futbolçularınızı Bakıya gətirməməyinizin səbəbi nədir?

- Onlar son 10 gündə 5 vacib oyun keçiriblər. Bu səbəbdən, dincəlməlidirlər. Son zamanlar onlar çox böyük təzyiq altında idilər. Mənə sabah daha enerjili komanda lazımdır. “Neftçi”yə qarşı fiziki və hazırlıq baxımından daha qənaətbəxş formada olan komanda oynayacaq.

- Məşqçi üçün daha vacib nədir: Skudetto uğrunda mübarizə, yoxsa Avropa Liqası?

- İnter kimi komanda bütün turnirlərdə maksimum nəticə üçün oynamalıdırlar. Amma hazırda oktyabr ayıdır. İrəlidə nələrin olacağını bilmək olmaz.

- “Neftçi”nin heyətindəki iki gənc oyunçuya qarşı necə hazırlaşmısınız?

- Biz böyük motivasiya ilə çıxacağıq. Uğurlu nəticə üçün oynayacağıq. İlk turda Rusiya “Rubin”i ilə 2:2 hesabı ilə nəticələnən ev oyunundakı neqativlərdən müsbət nəticə çıxarmışıq. Sabah uğurlu nəticəyə ümid edirik.

- “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev “İnter”i yenəcəklərini bildirib. Bu fikirlərə münasibətiniz necədir?

- Mən “Neftçi”yə böyük hörmətlə yanaşıram. Kipr APOEL-i və Serbiya “Partizan”ı ilə sərgilədiyi oyun bu komandanın güclü olmasından xəbər verir. Rəqibə hörmətlə yanaşmaq lazımdır. Elə bura gətirmədiyim oyunçular da hörmətsizlikdən Milanda qalmayıblar. Onlar da cavab oyununda forma geyinə bilərlər.

- Son oyunlarda 3 müdafiəçidən istifadə edirsiniz. Sabahkı sistem necə olacaq?

- 3 mərkəz və 2 cinah oyunçularından istifadə edəcəyik. Sabah maksimum konsentrasiyalı oyunçular seçmişəm. Onlar özlərini yaxşı tərəfdən göstərməyə hazırdırlar. Hazırda bir çox müdafiəçimiz var. Onlardan çoxu gəncdir. Əsas məsələ cinah oyunçuları ilə bağlıdır. Ola bilər ki, 4 – 3 – 3 sxemi ilə də çıxaq. Kapitanımız Xavyer Zanetti gəlməsə də, digərləri pis formada deyil.

- Hansı nəticəyə ümid edirsiniz?

- “Neftçi”nin gücünə bələdik. Son oyunlar gözəl oyun sərgiləyir. Xüsusən, APOEL-ə qarşı yaxşı çıxış etdi. Qələbə üçün əlimizdən gələni edəcəyik.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1393

Oxşar yazılar