Məşhur futbolçu Cüneyt Çakırın köynəyini dartdı - FOTO
03 oktyabr 2012 13:18 (UTC +04:00)

Məşhur futbolçu Cüneyt Çakırın köynəyini dartdı - FOTO

Futbol üzrə Çempionlar Liqasında türkiyəli baş hakim Cüneyt Çakırın idarə etdiyi “Benfika” (Portuqaliya) – “Barselona” (İspaniya) matçında ağlasığmaz hadisə baş verib. Lent.az-ın məlumatına görə, 19-cu dəqiqədə Kataloniya komandasının futbolçusu Sesk Fabreqas referinin köynəyini arxadan çəkərək, qərarına etiraz edib.


Həmin vaxt “Barsa” 1:0 hesabı ilə öndə, Fabreqasın passivində isə bir sarı vərəqə olub. Bu hərəkəti qarşılığında baş hakim futbolçunu ikinci sarı vərəqə ilə meydandan qovmayıb. Əvəzində Fabreqas 56-cı dəqiqədə komandasının ikinci qolunu vurub. Hər halda, Çakır 88-ci dəqiqədə Kataloniya komandasının digər futbolçusu Serxio Busketsə birbaşa qırmızı vərəqə göstərib.


Qeyd edək ki, Cüneyt Çakır iki ay öncə Türkiyə Superkubokunda “Fənərbağça” ilə oyun zamanı yaxasından yapışan “Qalatasaray”ın futbolçusu Engin Baytara qırmızı vərəqə göstərib. Nəticədə Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi Baytarı 11 oyunluq cəzalandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1644

Oxşar yazılar