“Barselona”nın kapitanı sıradan çıxdı - FOTO
03 oktyabr 2012 11:17 (UTC +04:00)

“Barselona”nın kapitanı sıradan çıxdı - FOTO

0
İspaniyanın “Barselona” klubunun futbolçusu Karles Puyol ciddi zədələnib. Lent.az-ın məlumatına görə, Çempionlar Liqasında Portuqaliya “Benfika”sı ilə səfər oyununun 77-ci dəqiqəsində yerə uğursuz şəkildə yıxıldıqdan sonra kapitanın dirsəyi çıxıb.

Meydanı vaxtından əvvəl tərk etməli olan təcrübəli müdafiəçi Lissabon xəstəxanasına çatdırılıb. İlkin yardım aldıqdan sonra o, Barselonaya qayıdıb və gecəni orada keçirib. Zədənin ciddilik dərəcəsinin müəyyənləşdirilməsindən ötrü o, oktyabrın 3-də geniş tibbi müayinədən keçəcək. İlkin ehtimallara görə, Puyol 1,5 ay oynamayacaq.

Qeyd edək ki, görüş “Barselona”nın qələbəsi ilə başa çatıb – 2:0.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1461

Oxşar yazılar