Ballak karyerasını başa vurdu
0
0
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, 36 yaşlı futbolçu şəxsi saytında bütün azarkeşlərə təşəkkür edib və peşəkar karyerasının 17 il davam etdiyini bildirib.
Qeyd edək ki, Mixail Bllak 2000-ci illərdə Liverkuzenin “Bayer” və Münhenin “Bavariya” komandalarında çıxışı zamanı məşhurlaşıb. O, 2006-cı ildə Londonun “Çelsi” komandası ilə müqavilə bağlayıb. Lakin Bavariya komandasında 107 oyunda 44 top vuran Mixail Ballak “Çelsi”-də 105 oyunda yalnız 17 dəfə fərqlənə bilib. “Çelsi” komandasından sonra o, 2 il “Bayer” komandasında oynayıb.
Mixail Ballak Almaniya yığmasında 98 oyuna çıxıb, 42 qol vurub. O, 2000, 2004 və 2008-ci illərdə keçirilən Avropa çempionatlarında, o cümlədən 2002 və 2006-cı illərdə keçirilən dünya çempionatlarında kapitan sarğısı ilə meydana çıxıb. 2012-ci ildə keçirilən Avropa çempionatında isə futbolu ABŞ-ın ESPN telekanalında şərhçi kimi oyunları şərh edib.