İsmayıllıda idman döyüş növləri üzrə yarış keçirilib
0
0
Azərbaycan Çoxmübarizəli İdman Döyüş Növləri Federasiyasının prezidenti Vüqar Muradov APA-ya bildirib ki, iki gün davam edən yarışda 18 şəhər və rayonlardan 270 idmançı iki versiya üzrə 17 çəki dərəcəsində mübarizə aparıb. Yarış gərgin idman mübarizəsi şəraitində keçib. Komanda hesabında Göyçay, Yevlax və Bakı idmançıları müvafiq olaraq I-III yerlərə çıxıb. Çempionatda ilk üç yeri tutan idmançılara diplom və medallar, komandalara isə kubok verilib.
Federasiya rəhbərinin sözlərinə görə, hər il çoxmübarizəli idman döyüş növləri üzrə Avropa və dünya çempionatlarından Vətənə medallar gətirilir. Son 3 ildə dünya çempionu titulunu qazanmış Məhəmməd Məmmədli, Vüsal Abdullazadə, Siyavuş Bayramov və Şikar Mehdiyev imtahan vermədən birbaşa Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub.
Mənbə bildirib ki, Göyçayda fəaliyyət göstərən federasiyanın 28 şəhər və rayonda idman bölmələri mövcuddur. Bu idman növü ilə respublikada 1500-dən artıq idmançı müntəzəm məşğul olur. 2006-cı ildən fəaliyyət göstərən federasiyanın yetirmələri olan 11 idmançı Avropa və dünya çempionu adını qazanıb, Hazırda milli yığma komanda noyabrın 20-25-də Almaniyada keçiriləcək Avropa çempionatına hazırlıq üçün təlim-məşq toplanışlarını davam etdirir.