Fabio Kapello Azərbaycanla oyun öncəsi 12 futbolçudan imtina etdi
02 oktyabr 2012 17:40 (UTC +04:00)

Fabio Kapello Azərbaycanla oyun öncəsi 12 futbolçudan imtina etdi

0
Futbol üzrə Rusiya milli komandasının baş məşqçisi Fabio Kapello Portuqaliya və Azərbaycan yığmaları ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçları üçün yekun heyəti açıqlayıb. Lent.az-ın məlumatına görə, italiyalı mütəxəssis ilkin siyahısındakı 36 oyunçunun 12-dən imtina edib.

Amma o, əslən azərbaycanlı yarımmüdafiəçi Aleksandr Səmədovu heyətdə saxlayıb:

Qapıçılar: İqor Akinfeyev (MOİK), Vladimir Qabulov (“Anji”), Anton Şunin (“Dinamo” M)

Müdafiəçilər: Aleksandr Anyukov, Renat Yanbayev (hər ikisi “Zenit”), Aleksey Berezutski, Vasili Berezutski, Sergey İqnaşeviç (hamısı MOİK), Andrey Yeşenko (“Lokomotiv”), Vladimir Qranat (“Dinamo” M)

Yarımmüdafiəçilər: Diniyar Bilyaletdinov, Dmitri Kombarov (hər ikisi “Spartak” M), Vladimir Bıstrov, İqor Denisov, Viktor Fayzulin, Roman Şirokov (hamısı “Zenit”), Denis Qluşakov, Aleksandr Səmədov, Dmitri Tarasov (hamısı “Lokomotiv”), Alan Zaqoyev (MOİK)

Hücumçular: Maksim Qriqoryev (“Lokomotiv”), Artyom Dzyuba (“Spartak” M), Aleksandr Kerjakov (“Zenit”), Aleksandr Kokorin (“Dinamo” M).

Qeyd edək ki, Rusiya yığmasının Portuqaliya ilə görüşü oktyabrın 12-də, Azərbaycanla qarşılaşma isə oktyabrın 16-da olacaq. Hər iki matç Moskvadakı “Lujniki” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 974

Oxşar yazılar