Berti Foqts intizamsız futbolçunu yığmadan qovdu
02 oktyabr 2012 16:52 (UTC +04:00)

Berti Foqts intizamsız futbolçunu yığmadan qovdu

0
Lent.az-ın məlumatına görə, yığmamızın baş məşqçisi Berti Foqts Allahverdiyevə göndərilmiş dəvəti ləğv edib.

Səbəb Topaz Premyer Liqasının VII turu çərçivəsində sentyabrın 29-da, Tovuz şəhər stadionunda keçirilmiş “Turan” – “Xəzər Lənkəran” oyunu zamanı müdafiəçinin idmançıya yaraşmayan hərəkətə yol verməsi və qırmızı vərəqə ilə cəzalandırılmasıdır.

Qeyd edək ki, AFFA İntizam Komitəsi Elnur Allahverdiyevi 6 oyunluq cəzaya, klubunu isə 5 min manat cəriməyə məruz qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1769

Oxşar yazılar