Kapitan yubiley matçına çıxır
02 oktyabr 2012 13:59 (UTC +04:00)

Kapitan yubiley matçına çıxır

0
Futbol üzrə Topaz Premyer Liqasının VIII turu “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev üçün əlamətdar olacaq. Lent.az-ın məlumatına görə, klubun 8 illik tarixində ən çox oyun keçirən futbolçu oktyabrın 3-də yubiley matçına çıxacaq.

AZAL-la səfər oyunu Əmirquliyevin “ağ-yaşıl” formada 200-cü matçı olacaq. 2006-cı ilin yayında cənub komandasına transfer olunan yarımmüdafiəçi indiyədək müxtəlif yarışlarda 199 dəfə bu klubun formasını geyib.

Komandası ilə birlikdə Birlik kubokunun (2008), Azərbaycan çempionatının (2007/2008) və 3 dəfə Azərbaycan kubokunun (2007/2008, 2008/2009, 2010/2011) qalibi olan Rahid Əmirquliyev keçirdiyi 199 matçda 23 qol vurub. 2010/2011, 2011/2012 mövsümlərində isə o, Premyer Liqanın gümüş mükafatını əldə edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1005

Oxşar yazılar