Türkiyə Futbol Federasiyası prezidentinin qayınanasını soydular
02 oktyabr 2012 13:51 (UTC +04:00)

Türkiyə Futbol Federasiyası prezidentinin qayınanasını soydular

0
Lent.az-ın məlumatına görə, hadisə ötən gün Etiler Ulus Adnan Saygun prospektindəki Platin yaşayış kompleksində baş verib.

Tülay Ulusoy ötən həftə vəfat etmiş qohumlarının yasına getmək üçün qızı Emra və kürəkəni İbrahim Çarmıklı ilə birgə evdən çıxıb. Axşam saatlarında Emra və İbrahim evə qayıdarkən, qapının açıq olduğunu görüblər. Onlar Tülayı da telefonla məlumatlandırıblar. Xanım Ulusoy evə gəldikdə oğurluq olduğunu müəyyənləşdirib. O, qızıl-zinət əşyalarının olduğu kassanı yoxlamaq istəyib. Lakin kassanın yerində olmadığını görüb. Hadisə yerinə polis çağırılıb. Araşdırmalara başlanılıb.

Tülay Ulusoy polisə ifadəsində evindən 100 min TL dəyərində 2 “Cartier” markalı saat, dəyərli zinət əşyaları və brilyantlar, 100 min TL pul oğurlandığını söyləyib. Videokamera görüntülərinə əsasən, evə ağ avtomobil saat 14:30-da gəlib və 45 dəqiqə sonra gedib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 952

Oxşar yazılar