AFFA-dan “Xəzər Lənkəran”a şok cəzalar
02 oktyabr 2012 13:16 (UTC +04:00)

AFFA-dan “Xəzər Lənkəran”a şok cəzalar

Lent.az-ın məlumatına görə, Allahverdiyev “Turan”la Topaz Premyer Liqasının VII tur matçının 78-ci dəqiqəsində hakimə tüpürdüyü üçün diskvalifikasiyaya məruz qalıb.

Baş hakim Rəhim Həsənov ona birbaşa qırmızı vərəqə göstərib. İntizam Komitəsi futbolçunun bu hərəkəti ilə əlaqədar “Xəzər Lənkəran”ı 5 min manat cərimələyib.

Əvəzində yığmamızın daha bir müdafiəçisi Ruslan Abışova 23-cü dəqiqədə göstərilmiş qırmızı vərəqə ləğv edilib. Matçın videoyazısını izlədikdə futbolçunun məqsədinin topa zərbə endirmək olduğu aşkarlanıb və epizod təhlükəli oyun kimi qeydə alınıb. Bu səbəbdən, epizod sarı vərəqə ilə qiymətləndirilib.

Oyunun fasiləsində “Xəzər Lənkəran”ın məşqçisi Zaur Ramazanov hakimləri təhqir edib. Bu səbəbdən, Ramazanov 5 oyunluq cəzalanıb, klubu 5 min manat cərimələnib.

“Xəzər Lənkəran” daha min manat cəriməni 4 futbolçusunun sarı vərəqə alması üzündən ödəyəcək.

Eyni səbəbdən, AZAL da ziyana düşüb. Komandanın 4 futbolçusu “Qəbələ” ilə görüşdə sarı vərəqə alıb.

“Qarabağ”la qarşılaşmanın 66-cı dəqiqəsində “Simurq”un azarkeşləri meydana kənar əşya atıblar. Buna görə də Zaqatala klubu 2000 manat cərimələnib.

“Bakı” ilə matçın 27-ci dəqiqəsində isə “Sumqayıt”ın məşqçisi Etibar Tanrıverdiyev hakimləri təhqir edib. Tanrıverdiyev 5 oyunluq cəzaya, klubu 5 min manat cəriməyə məruz qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1497

Oxşar yazılar