Aleks de Souza “Fənərbağça”dan kənarlaşdırıldı
01 oktyabr 2012 14:15 (UTC +04:00)

Aleks de Souza “Fənərbağça”dan kənarlaşdırıldı

Lent.az-ın “Habertürk”ə istinadən verdiyi məlumata görə, bu barədə qərar Superliqanın ötən turunda “Kasımpaşa”ya 0:2 hesablı məğlubiyyətdən sonra verilib.

35 yaşlı hücumçu “Fənər”in prezidenti Aziz Yıldırıma saymazyana münasibət göstərib. Yıldırım paltardəyişmə otağında komandanın problemləri ilə maraqlandığı vaxt hamı ayaq üstə olduğu halda, Aleks yerindən qalxmayıb və klub prezidentini vecinə almayıb. Digər tərəfdən, “Kasımpaşa”nın vurduğu qoldan sonra “sambaçı” gülərüz görkəmlə ekranlara gəlib. Baş məşqçi Aykut Kocaman “Mən olduğum müddətdə, de Souza sarı-lacivərdli forma geyinməyəcək” deyib.

Qeyd edək ki, Aleks de Souzadan kapitan sarğısı da alınıb. Yeni kapitan isə hollandiyalı hücumçu Dirk Kuyt təyin olunub. “Sambaçı”nın isə qış transfer dövründə “Fənərbağça”dan kənarlaşdırılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2230

Oxşar yazılar