Topaz Premyer Liqası: Paytaxt komandaları məğlub oldu
Lent.az-ın məlumatına görə, Azərbaycanın ikinci və üçüncü ən böyük şəhərlərini təmsil edən “Kəpəz”lə “Sumqayıt” klubları paytaxt komandaları “Bakı” ilə “Rəvan”ı məğlubiyyətə uğradıblar.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutmuş qarşılaşma 1 dəqiqəlik sükutla başlayıb. “Sumqayıt”ın məşqçilər korpusunda yer alan Mübariz Orucovun avtomobil vurması nəticəsində həyatını itirən futbolçu oğlunun xatirəsi yad olunub. Meydan sahibləri 38-ci dəqiqədə gözəl kombinasiya nəticəsində qələbə topunu vurublar. “Sumqayıt” ardıcıl 2-ci qələbəsini də məhz Orucovun oğluna həsr edib. “Bakı” isə ilk məğlubiyyətlə üzləşib.
Ötən tur “Qəbələ”nin baş məşqçisi Fatih Kavlakı istefaya göndərmiş “Rəvan” bu dəfə “Kəpəz”lə matça yeni mütəxəssisin rəhbərliyi altında çıxıb. İki ildən sonra paytaxt komandasının sükanı arxasına qayıdan Kemal Alispahiç məğlubiyyətə əngəl ola bilməyib. “Kəpəz” Mahmud Qurbanovun rəhbərliyi altında ikinci qələbəsini qazanıb. Hər üç qol isə matçın ilk yarısında vurulub. Bu qələbə sayəsində Gəncə təmsilçisi sonuncu pillədən qurtulub.
30 sentyabr (bazar)
“Sumqayıt” – “Bakı”
Qol: Pərdis Fərcad Azad, 38
“Rəvan” (Bakı) – “Kəpəz” (Gəncə) – 1:2
Qollar: Xuan Manuel Varela, 40 – Yuri Fomenko, 27. Bəxtiyar Soltanov, 45+1
29 sentyabr (şənbə)
“Turan” (Tovuz) – “Xəzər Lənkəran” – 2:1
Qollar: Salif Ballo, 56; 59 – Sadio Tounkara, 45
Qırmızı vərəqələr: Ruslan Abışov, 20; Elnur Allahverdiyev, 77 (hər ikisi “Xəzər Lənkəran”)
“Qəbələ” – AZAL (Bakı) – 0:0
“Simurq” (Zaqatala) – “Qarabağ” (Ağdam) – 0:0
1. “Simurq” – 15 xal
2. AZAL – 12 (6 oyuna)
3. “Qarabağ” – 12
4. “Sumqayıt” – 10
5. “İnter” – 9 (6)
6. “Qəbələ” – 8
7. “Turan” – 7
8. “Neftçi” – 6 (4)
9. “Kəpəz” – 6
10. “Bakı” – 6 (5)
11. “Rəvan” – 6
12. “Xəzər Lənkəran” – 5 (6)
Bombardir: Franko Nildo (AZAL) – 7 qol.

Oxşar yazılar

“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43
Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22
“Çelsi”yə kuboku Tramp təqdim etdi
14 iyul 2025 , 02:04