“Xəzər Lənkəran”da şok istefalar
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bir neçə saat davam edən iclasda əsas və əvəzedici heyətlərin 2012/2013-cü il mövsümündəki çıxışları müzakirə olunub.
Rəhbərlik komandaların turnir cədvəlində tutduqları mövqeyi, sərgilədikləri oyunu, kollektivdaxili ab-havanı və bəzi futbolçuların davranışlarına nəzər salaraq mövcud vəziyyətin heç də “Xəzər Lənkəran”a yaraşmadığı qənaətinə gəlib. Cari mövsümdə komandanın keçirdiyi 6 oyunda cəmi 5 xal toplaya bilməsi və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşması rəhbərliyi qəti tədbirlərə əl atmağa sövq edib.
İclasın yekununda qərara alınıb ki, “Xəzər Lənkəran”ın əsas komandasının məşqçilər korpusunda köklü islahatlar həyata keçirilsin. Bu islahatlar çərçivəsində baş məşqçi Yunis Hüseynovun köməkçiləri Zaur Ramazanov, Zakir Mahmudov və Alim Qurbanov tutduqları vəzifədən azad olsunlar.
“Xəzər Lənkəran”ın əvəzedici komandasının cari mövsüm ərzində 7 turdan sonra 2 xalla 12-ci yerdə olmasını nəzərə alaraq həmin komandanın baş məşqçisi Elbrus Məmmədova sonuncu xəbərdarlıq və şiddətli töhmət elan edilib, ondan qısa zamanda yaranmış vəziyyəti düzəltmək üçün əməli tədbirlər görməsi tələb olunub.
Qeyd edək ki, 7 turdan sonra “Xəzər Lənkəran”ın əsas komandası Topaz Premyer Liqasında 6 xalla 12-ci pillədə qərarlaşıb. Sonuncu pillədə yer almasına baxmayaraq, “ağ-yaşıllar”ın ehtiyatda bir oyunu var.

2302