Hakan Şükür: “Heykəl Cümhuriyyəti quranlara qoyulmalıdır”
29 sentyabr 2012 19:54 (UTC +04:00)

Hakan Şükür: “Heykəl Cümhuriyyəti quranlara qoyulmalıdır”

Lent.az-ın məlumatına görə, ötənlərin məşhur hücumçusu klub prezidenti Ünal Aysala belə bir fikrə düşdüyü üçün minnətdarlıq edib.

Şükür bildirib ki, Aysalın onu bir əfsanə kimi düşünməsi və planlarını açıqlaması çox önəmlidir. O, klub prezidentinin səmimiliyinə inandığını da vurğulayıb. Bununla yanaşı, futbolçu deyib: “Mənim özümə heykəl qoyulmasını gözləmirəm. Cümhuriyyəti quranların heykəli olur. Mən isə futbolda xidmət etməyə çalışmışam. Açığı, heykəl qoymağı çox da qəbul etmirəm”.

Qeyd edək ki, “Qalatasaray”ın prezidenti Ünal Aysal yeni tikiləcək muzeydə Hakan Şükür üçün xüsusi guşənin ayrılacağını bildirib. O, münasib olarsa, Şükürə heykəlin ucaldılmasının mümkünlüyünü də açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1375

Oxşar yazılar