Tokio turnirinin qalibi bəlli oldu
Rusiyalı tennisçi Nadejda Petrova Yaponiyanın paytaxtı Tokioda keçirilmiş beynəlxalq turnirin qalibi olub. Lent.az-ın məlumatına görə, finalda Petrova turnirin ötənilki qalibi, polşalı Aqneşka Radvanskanı məğlub edib - 6:0, 1:6, 6:3.
Bu, 30 yaşlı idmançı üçün Qadın Tennisçilər Assosiasiyasının (WTA) 2012-ci ildə təşkil etdiyi turnirlərdə ikinci, fərdi yarışlarda isə birinci qələbə olub. Qeyd edək ki, Nadejda Petrova bu turnirədək WTA reytinqində 18-ci olub. Bu dəfə yarışın ümumi mükafat fondu 2,168 milyon dollar təşkil edib.

667