“Qalatasaray” büdrədi
29 sentyabr 2012 14:11 (UTC +04:00)

“Qalatasaray” büdrədi

Türkiyənin “Qalatasaray” futbol komandası Superliqada ilk məğlubiyyətə düçar olub. Lent.az-ın məlumatına görə, “sarı-qırmızılar” 6-cı turun açılış matçında səfərdə “Orduspor”a uduzub – 0:2.

Qolları sabiq “Cim-Bom”lu futbolçular Hasan Kabze (dəq. 9) və Boqdan Stanku (dəq. 67) vurub. “Qalatasaray” 13-cü dəqiqədə Hamit Altıntopun da xidmətindən məhrum olub. Zədə alan yarımmüdafiəçi yerini Aydın Yılmaza buraxıb.

Məğlubiyyətə baxmayaraq, baş məşqçi Fatih Terimin komandası 13 xalla 1-ci pillədəki yerini qoruyub. Xalını 12-yə çatdıran “Orduspor” isə 2-ci pilləyə yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1317

Oxşar yazılar