Con Terriyə növbəti zərbə
İngiltərə Futbol Assosiasiyası “Çelsi” klubunun hazırkı, yığmanın isə sabiq kapitanı Con Terrini 4 oyunluq cəzalandırıb. Lent.az-ın məlumatına görə, Terri matç zamanı KPR-in qaradərili futbolçusu Enton Ferdinandın ünvanına irqçi ifadələr işlətməkdə günahkar sayılıb.
İngiltərəli müdafiəçini, həmçinin 220 min funt sterlinq (357 min ABŞ dolları) məbləğində cərimələyiblər.
Qeyd edək ki, Con Terri ilə Enton Ferdinand 23 oktyabr 2011-ci ildə keçirilmiş Premyer Liqa oyunu zamanı söz savaşına çıxıb. “Çelsi”nin kapitanı söyüş işlətdiyini danmayıb. Lakin o, iddia edir ki, söyməyə birinci rəqibi başlayıb, özü isə eşitdiklərini Ferdinanda qaytarıb. Bu insidentdən sonra Terrini millidə kapitan sarğısından məhrum ediblər. 2012-ci ilin iyulunda futbolçu irqçi ifadələrlə bağlı iş üzrə məhkəmədən haqlı çıxıb. Bununla belə, İngiltərə Futbol Assosiasiyası onun ünvanına ittihamları rədd etməyib. Sentyabrın 23-də Terri yığmadan gedəcəyini açıqlayıb.

1089