Türkiyədə hakimlər Azərbaycan hakimlərindən iki dəfə çox qonorar alacaq
Futbol üzrə Türkiyə Superliqasının oyunlarını idarə edən hakimlər Azərbaycanın Topaz Premyer Liqasındakı həmkarlarından 2 qat artıq əmək haqqı alacaqlar. Lent.az-ın məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyası qərar qəbul edib.
Bundan sonra Superliqanın hər oyununun baş hakiminə 2713 lirə yox, 3000 lirə qonorar veriləcək. Yan xətt hakimlərin əmək haqqı 1538 lirədən 1700 lirəyə, ehtiyat hakimə ödəniləcək məbləğ 1356 lirədən 1500 lirəyə qaldırılıb.
Qeyd edək ki, Topaz Premyer Liqası matçının baş hakimi 700 manat, yan xətt hakimləri hərəyə 350 manat, dördüncü hakim isə 250 manat qonorar alır.

794