DYP-nin stadionundan Tovuza itkisiz getdilər
27 sentyabr 2012 17:54 (UTC +04:00)

DYP-nin stadionundan Tovuza itkisiz getdilər

“Xəzər Lənkəran” futbol komandası sentyabrın 27-də Respublika Dövlət Yol Polisinin meydançasında səhər məşqini keçirərək günorta naharından sonra Bakını tərk edib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “ağ-yaşıllar” axşam saatlarında artıq Tovuza çatacaq.

Sentyabrın 29-da Topaz Premyer Liqasının VII turu çərçivəsində “Turan”la qarşılaşacaq “Xəzər Lənkəran”ın heyətində zədəli oyunçu yoxdur.

Görüş şənbə günü saat 16:00-da Tovuz şəhər stadionunda baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1005

Oxşar yazılar