Miroslav Klozedən növbəti alicənab addım
Lent.az-ın məlumatına görə, 34 yaşlı hücumçu A seriyasının 5-ci turunda “Napoli” ilə matçın ilk yarısında qolu əllə vurduğunu etiraf edib.
O, qolu hesaba almaq istəyən baş hakimə yaxınlaşaraq, topu qaydalar çərçivəsində vurmadığını söyləyib. Kloze referidən qolu saymamağı xahiş edib. Bu hərəkətinə görə təcrübəli forvard hər iki komanda fanatlarının alqışlarını qazanıb. Görüş “Latsio”nun məğlubiyyəti ilə nəticələnib – 0:3.
Qeyd edək ki, Miroslav Kloze bir neçə il öncə Almaniya çempionatında çıxış etdiyi vaxt penalti təyin edən baş hakimə yaxınlaşaraq, simulyasiya etdiyini söyləyib. O, hakimdən sərbəst zərbə təyin etməsi xahişində bulunub.

1817