Rusiya – Azərbaycan matçının baş hakimi müəyyənləşdi
Oktyabrın 16-da futbol üzrə Rusiya və Azərbaycan milli komandaları arasında keçiriləcək 2014-cü il seçmə qrup matçının baş hakimi müəyyənləşib. Lent.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, makedoniyalı referi Aleksandr Stavrevdir.
Onun köməkçilərinin adları isə hələ məlum deyil.
Qeyd edək ki, Aleksandr Stavrev əvvəllər Azərbaycan yığmasının 2008-ci ildə Uelslə keçirdiyi 2010-cu il dünya çempionatının seçmə qrup matçının baş hakimi olub. Uelsin 1:0 hesabı ilə qalib gəldiyi oyunda o, yığmamızın futbolçusu Fabio Luis Ramimə qırmızı vərəqə göstərib və millimizin qapısına penalti təyin edib. Lakin Ceyson Kumasın zərbəsini millimizin qapıçısı Kamran Ağayev dəf edib.

849