Futbol hakimimiz dünya çempionatının seçmə matçında!
Lent.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 32 yaşlı ədalət təmsilçisi B qrupunun Çexiya – Malta matçının baş hakimi təyin olunub.
Qarşılaşma oktyabrın 12-də baş tutacaq. AFFA-nın rəsmi saytı Salmanovun köməkçilərini də açıqlayıb. Ona yan xətt hakimləri qismində Yaşar Abbasov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim isə FIFA referisi Vüsal Əliyev olacaq.
Qeyd edək ki, azərbaycanlı hakimlərdən sonuncu dəfə əsas yığmalar səviyyəsində rəsmi oyunda baş hakim funksiyasını hazırda AFFA Hakimlər Komitəsinə rəhbərlik edən Xaqani Məmmədov yerinə yetirib.

1290