Azərbaycan yığmasının baş məşqçisi məlum oldu
Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub. Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) icraçı direktoru İsgəndər Əsgərovun Lent.az-a verdiyi məlumata görə, bu, Zlatan Vanevdir.
Bolqarıstanlı mütəxəssislə yaxın günlərdə rəsmi müqavilə bağlanılacaq. 2012-ci il London Yay Olimpiya Oyunlarına yığmamızı Vanevlə ikiqat dünya və Avropa çempionumuz Nizami Paşayev hazırlayıb. Onların hər ikisi cavabdeh məşqçi funksiyasını yerinə yetiriblər. Lakin olimpiadada məhz bolqarıstanlı mütəxəssisin yetirməsi Valentin Xristovun medal qazanması AAAF rəhbərliyini baş məşqçi məsələsində konkret qərar verməyə sövq edib.
Əsgərov bildirib ki, Vanevin məşqçilik sistemi özündən əvvəlkilərin hazırlıq prosesindən fərqli olub. Bunun nəticəsində 17 yaşlı Xristov millimizin şərəfini qorumağa başladığı 1 il ərzində böyüklər arasında Avropa çempionu, dünya çempionatının və olimpiadanın bürünc medalını qazanıb. Paşayev isə əsas komandada köməkçi-məşqçi, yeniyetmələrdən ibarət yığmamızda isə baş məşqçi vəzifəsində çalışacaq.
Qeyd edək ki, ağırlıqqaldırma yığmamız Azərbaycanın müstəqil ölkə kimi təmsil olunduğu əvvəlki Yay Olimpiya Oyunlarında medal qazana bilməyib. Bu idman növündə ilk medalı 56 kq çəki dərəcəsində bolqarıstanlı legioner Valentin Xristov əldə edib. O, London olimpiadasında bürünc medala sahib olub.
Elşən MƏMMƏDOV

1654