“Xavi karyerasını “Barselona”nada bitirəcək”
İspaniyanın “Barselona” klubunun prezidenti Sandro Rossel futbolçu Xavi Ernandeslə müqaviləni uzatmaq istədikləri barədə xəbəri şərh edib. Lent.az-ın məlumatına görə, Rossel Xavini komanda üçün tarixi və əlamətdar fiqur adlandırıb.
O, 32 yaşlı futbolçunu “Barsa”da saxlamaq üçün özlərindən asılı olan hər şeyi edəcəklərini deyib: “Fikrimcə, Xavinin özü də karyerasını bizim klubda başa vurmaq arzusundadır”.
Rossel İspaniya çempionatında 5 turdan sonra lider “Barselona”nın əzəli rəqibi “Real Madrid”i 8 xal geridə qoyması barədə də danışıb. O çempionatın hələ yenicə başladığını və qarşıda çoxlu oyunun olduğunu söyləyib.

872