“Neftçi”nin “İnter”lə görüşü təxirə salındı
26 sentyabr 2012 16:27 (UTC +04:00)

“Neftçi”nin “İnter”lə görüşü təxirə salındı

Lent.az-ın məlumatına görə, bu dəfə flaqmanın paytaxtın digər təmsilçisi “İnter”lə görüşü öncədən nəzərdə tutulduğu vaxtda keçirilməyəcək. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin əmrinə əsasən, qarşılaşma sentyabrın 28-də yox, dekabrın 25-də baş tutacaq. Səbəb kimi “İnter”in ev arenası “Şəfa”da 17 yaşadək qızlar arasında dünya çempionatı matçlarının keçirilməsi, klubun PFL-ə müraciəti və "Neftçi" klubunun razılıq məktubu göstərilib. Beləliklə, flaqman İtaliya “İnter”i ilə oktyabrın 4-də keçirəcəyi Avropa Liqasının oyununadək qalan bölümdə heç bir matça çıxmayacaq.


Qeyd edək ki, daha öncə “Neftçi”nin “Bakı” və AZAL-la görüşləri də təxirə salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2118

Oxşar yazılar