Topaz Premyer Liqası: “Simurq” vahid lider oldu
Lent.az-ın məlumatına görə, baş məşqçi Georgi Çixradzenin komandası evdə autsayder “Kəpəz”ə qalib gəlib – 2:1.
Hesabı Gəncə təmsilçisi açsa da, “Simurq” tezliklə bərabərlik, son dəqiqələrdə isə qələbə topunu vurub. Bununla da xallarını 14-ə çatdıran Zaqatala komandası ən yaxın izləyiciləri AZAL və “Qarabağ”ı 3 xal geridə qoyub. Amma AZAL-ın ehtiyatda bir oyunu var. “Kəpəz” isə sonuncu pillədə qalıb.
Bununla belə, “Simurq”un qapıçısı David Petrjkeviçin quru seriyası qırılıb. Polşalı qapıçı Topaz Premyer Liqasında ilk qolunu VI turun “Kəpəz”lə oyununda buraxıb. Bunadək meydana çıxıb əvəzolunmadan keçirdiyi 4 qarşılaşmada qol buraxmayan Petrjkeviç Şahin Kərimovun 20-ci dəqiqədəki zərbəsi qarşısında aciz qalıb. Bununla da polşalının Azərbaycandakı seriyası 380-cı dəqiqədə qırılıb.
Lakin polşalının şəxsi seriyası daha uzun olub. Bu il mayın 12-də Çexiya çempionatının “Teplitse” – “Banik” oyununda qonaqların şərəfini qoruyan qapıçı son qolunu həmin matçın 48-ci dəqiqəsində buraxmışdı. Bu isə o deməkdir ki, Petrjkeviç 422 dəqiqədən sonra qol buraxıb.
Qeyd edək ki, “Simurq” 2007/2008-ci il mövsümündəki (3 - 6-cı turlar) quru seriya rekordunu təkrarlasa da, yeniləyə bilməyib.
Mahmud Qurbanov (“Kəpəz”in baş məşqçisi): “Futbolçularım bu gün qələbə qazanmaq üçün çox istəkli idi. Oyunun heç-heçə çatması ədalətli nəticə olardı. Əsasən gənc futbolçularla meydana çıxmışdıq. “Simurq”a gələcək oyunlarda uğurlar arzu edirəm”.
Georgi Çıxradze (“Simurq”un baş məşqçisi): “Mahmud Qurbanov “Kəpəz”in baş məşqçisi təyin olunduqdan sonra bu komandada irəliləyiş hiss olunur. Bu qarşılaşmanın çətin keçəcəyini bilirdik. “Xəzər Lənkəran”la gərgin oyundan sonra futbolçularımda yorğunluq hiss olunurdu. Standart vəziyyətdən qapımızda qol gördük. Ancaq komandam özünü tez ələ aldı və qələbə qazana bildik. Bu qələbəni azarkeşlərimizə ərmağan edirik. “Kəpəz”ə gələcək oyunlarda uğurlar arzulayıram”.
24 sentyabr
“Qəbələ” – “Rəvan” (Bakı) – 1:3
Qollar: Aleksandr Çertoqanov, 37 – Xuan Varela, 23. Kristian Torres, 64. Nuran Qurbanov, 90
Qırmızı vərəqə: Aleksandr Çertoqanov, 71 (“Qəbələ”)
“Sumqayıt” – “Neftçi” (Bakı) – 3:2
Qollar: Orxan Əliyev, 12. Pərdis Fərcad Azad, 55. Murad Ağayev, 74 - Xəyal Mustafayev, 56-öz qapısına, Nilosa Kanales, 60
“Simurq” (Zaqatala) – “Kəpəz” (Gəncə) – 2:1
Qollar: Stepan Polyak, 25. Martsin Burhardt, 85 – Şahin Kərimov, 20
23 sentyabr
“Turan” (Tovuz) – “Qarabağ” (Ağdam) - 0:1
Qol: Rəşad Sadıqov, 85-penalti ilə
AZAL – “İnter” - 0:0
Qeyd edək ki, turun “Xəzər Lənkəran” – “Bakı” matçı dekabrın 6-a təxirə salınıb.

1463