Kliçko rinqdən getdiyi barədə xəbəri təkzib etdi
Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Vitali Kliçkonun peşəkar karyerasını başa vurması ilə bağlı yayılmış xəbərlərə münasibət bildirən boksçunun mətbuat xidmətinin rəhbəri Oksana Zinovyeva söyləyib.
Kliçkonun karyerasına nöqtə qoyduğu barədə xəbər sentyabrın 24-də yayılıb. Oksana Zinovyeva deyib ki, Vitali Kliçko karyerasını başa vurduğunu söyləməyib, sadəcə, qocalana qədər boksla məşğul olmayacağını bildirib. O, boksçunun yeni heç nə demədiyini də qeyd edib.
41 yaşlı idmançı sonuncu dəfə sentyabrın 8-də Rusiyanın paytaxtı Moskvada nəyə qadir olduğunu nümayiş etdirib. O, həmin gün almaniyalı Manuel Çarranı yenərək, WBC versiyası üzrə dünya çempionu titulunu qoruyub. Bu qələbədən sonra Vladimir oktyabrın 28-də Ukrayna Ali Radasına keçiriləcək seçkidən asılı olaraq, gələcək karyerasına dair qərar verəcəyini söyləyib. Seçkidə onun “UDAR” partiyası da iştirak edəcək. Bununla belə, böyük Kliçko qardaşı Vladimirin karyerasını davam etdirəcəyini söyləyib.
Qeyd edək ki, Vitali Kliçko karyerası ərzində peşəkar rinqdə 47 döyüşə çıxıb. O, 41-i nokautla olmaqla, 45 qələbə qazanıb, 2-də isə uduzub.

882