UEFA “Neftçi”nin cəzasını verdi
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna iyulun 17-də Gürcüstan “Zestafoni”si ilə Bakıda keçirilmiş Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda baş verənlər səbəb olub.
Qərara əsasən, matçın 21-ci və 62-ci dəqiqələrində azarkeşlər 4 ədəd fişəng yandırıb, 75, 78 və 82-ci dəqiqələrdə isə meydana kağız rulon atılıb. Bundan başqa, final fitindən dərhal sonra fotoqrafların meydançaya daxil olmasını da Avropanın ali futbol qurumu yolverilməz hal kimi qiymətləndirib.
Nəticədə UEFA-nın İntizam komitəsi müvafiq bəndləri əsas gətirərək, “Neftçi”ni 20 000 avro cərimələyib.

1957