İspaniya çempionatının oyununda diversiya
24 sentyabr 2012 11:23 (UTC +04:00)

İspaniya çempionatının oyununda diversiya

0
İspaniya çempionatının beşinci turunda “Rayo Valekano” və Madridin “Real” komandaları arasında oyun diversiya səbəbindən təxirə salınıb. Lent.az-ın “as.com” saytına istinadən verdiyi məlumata görə, buna səbəb naməlum şəxslərin meydanı işıqlandıran projektorları elektrik enerjisi ilə təchiz edən naqilləri kəsmələri olub.

Oyundan əvvəl elektrik enerjisi təchizatını bərpa etmək mümkün olmayıb və tamaşaçılar tribunalara buraxılmayıb. Polis araşdırmaya başlayıb. Bu komandalar arasında oyunun bu gün keçiriləcəyi gözlənsə də, hələ razılaşma əldə olunmayıb. Çünki “Real” oyunun saat 17:00-da, “Rayo Valekano” saat 20:00-da başlamasını istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2319

Oxşar yazılar